Xəstəxanalara yaxın apteklərdə bahaçılıqdı

Xəstəxanalara yaxın yerləşən apteklərdə bahaçılıqdı. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, burada satılan dərmanların əksəriyyətinin qiyməti kənar aptekdəkilərdən iki dəfə bahadır. Əməkdaşlarımız bunu sübut etmək üçün kiçik bir araşdırma aparıblar. Bəs görəsən qiymət fərqinin səbəbi nədir?

Xəstəxana yaxınlığında yerləşən apteklərdə dərmanlar baha qiymətə satılır. Bu hal həm dövlət, həm də özəl xəstəxanaların ətrafında müşahidə olunur.

İnsanlar tibb müəssisəsinə gələn xəstə yaxınlarından sui-istifadə olunduğunu deyirlər.

İddiaları müxtəlif xəstəxanaların yaxınlığında yerləşən apteklərdə yoxladıq. Məlum oldu ki, onlardan biri dərmanları 60%, digəri isə 25%-ə yaxın baha satılır. Daha dəqiq desək başqa yerdə qiyməti 2 manat 50 qəpik olan "Baralqin" 4 manat 9 qəpiyə, qiyməti 4 manat 70 qəpik olan "İmunal" isə 5 manat 60 qəpiyə satılır.

Длительность: 2:12 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео