Ata uşağının və özünün həyatını riskə atdı

583 Просмотров

Добавлено: 24.02.2016

Sükanı uşağa tapşırıb, özü sanki istirahət elədi. Milli.Az avtosfer-ə istinadən bildirir ki, Çində daha bir valideynin hərəkətləri həmvətənlərinin etirazına səbəb olub. Övladı ilə birgə motosikletlə hərəkətdə olan çinli sükanı uşağa həvalə etməklə həm özünün, həm də azyaşlının həyatını təhlükəyə atıb. Həmin vaxt yolda hərəkətdə olan başqa bir avtomobildəki sərnişin tərəfindən mobil telefonla lentə alınan kadrlar mediaya sızan kimi ciddi rezonan yaradıb. Görüntüləri izləyən çinlilər məsuliyyətsiz valideyni tənqid atəşinə tutub. Sakinlər görüntülərdəki anti-qəhrəmanın yaxalanaraq cəzalandırılmasını tələb edirlər. Artıq polislər motosiklet sürücüsünün axtarışına çıxıb. Həm özünün, həm övladının, eyni zamanda yolda hərəkətdə olan digər insanların həyatı üçün təhlükəyə yaradan şəxsin azadlıqdan məhrum ediləcəyi istisna edilmir. Bununla belə bir müddət əvvəl oxşar qalmaqala səbəb olan başqa bir vətəndaş polislər tərəfindən dindirildikdən sonra şifahi xəbərdarlıq edilərək evə buraxılmışdı. Milli.Az