"Köçəri"ni mənimsəmək istəyən köçərilər

"Sarı Gəlin", "Süsən sünbül" və onlarla digər xalq mahnılarını özününkü kimi təqdim etməyə çalışan ermənilərin növbəti hədəfi milli rəqsimiz olan "Köçəri"ni mənimsəməkdir. Lakin içi boş iddialar, həqiqətə söykənməyən faktlar və total piratçılıq ifşa olunmağa məhkumdur. Azərbaycan tərəfinin tutarlı faktları bu cür oğurluq cəhdlərinin daim qarşısını alıb.

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, milli rəqsimiz "Köçəri"yə əl qoyan ermənilərin ilk cəhdi: "Evrovision 2011" mahnı müsabiqəsinin finalında olan fraqmenti yada salaq. Burada "Köçəri" rəqsini Ermənistan təmsilçisi özününkü kimi təqdim etməyə çalışır. Hələ bu azmış kimi ermənilər qədim rəqsimiz "Köçəri"ni dünyanın müxtəlif ölkələrində öz rəqsləri kimi təbliğ edib, başqa insanları da oynamağa dəvət edirlər. Bu kadrlarsa Vyanadandır. Günay Muradi rəqs müəlliməsidir. O deyir ki, milli rəqslər özündə tarixi, mədəniyyəti gizləyir. Ona görə də gənclərdən tutmuş yaşlı nəslədək hər kəsin milli rəqslərimizdən xəbərdar olmasını istəyir. Rəqs müəlliməsi yallı Köçərisinin təbliği üçün layihəyə də start verib.

Длительность: 3:53 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: xalq mahnıları
Пожаловаться

Похожие видео