Xanımı Emil Bədəlovdan danışdı

"Hər şey daxil" verilişinin aparıcıları Sevil və Sevinc bacıları müğənni Emil Bədəlovun evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşından bəhs edib:

"Aramızda qısqanclıq olmur. Musiqiçi qızı olduğu üçün məni yaxşı başa düşür. Bilir ki, evə gec də gələ bilərəm, heç gəlməyə də bilərəm. Xanımım işləmir. Amma bundan sonra çalışmasını istəyirəm. Qızımız balaca idi deyə çalışa bilmirdi. Mən başqaları kimi, "həyat yoldaşı işləməmilidir" demirəm".

İfaçının həyat yoldaşı Xanım onunla bağlı açıqlamalar verib:

"Qısqanmağım üçün heç vaxt səbəb yaratmayıb. Emil mənim hazırladığım yeməkləri çox bəyənir".

Qeyd edək ki, E.Bədəlovun xanımı xalq artisti Firuz Əliyevin qızıdır. Cütlüyün Səadət adlı qızı var.

Milli.Az

Длительность: 7:00 Просмотров: 19K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: veriliş aparıcı
Пожаловаться

Похожие видео