"Allahın zopası": Mağazaya oğurluğa getmişdi...

Qonşusunun mağazasını yarmaq istədi. Ancaq damdan yıxılıb xəsarət aldı.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə gecə saatlarında Tovuz rayonun Düz Cırdaxan kəndində, Dilarə Bayramovaya məxsus marketdə baş verib. Sərxoş halda qonşunun obyektinə daxil olan 31 yaşlı Ceyhun Niftəliyev elektirik xəttini ayrıraq mağazanın damından içəri daxil olub, danışıq kartları və qəpikləri götürüb geri qayıdarkən hündürlükdən yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan kənd sakinini əraziyə çağrılan polislər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar.

Mağaza sahibi Dilarə Bayramova qonşuluqda yaşayan Ceyhun Niftəliyevin dəfələrlə obyektə gələrək tütün və ərzaq istədiyini bildirib.

31 yaşlı Düz Cırdaxan kənd sakinin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Длительность: 1:26 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: oğurluq mağaza
Пожаловаться

Похожие видео