Testlə bağlı yeni təkliflər var

260 Просмотров

Добавлено: 24.02.2016
Категории: Разное

Ali məktəblərə qəbul imtahanında test üsulunun ləğv olunması ilə bağlı təhsil nazirinin açıqlaması birmənalı qarşılanmamışdı. Nazirlik təhsil naziri Mikayıl Cabbarovun geniş müzakirələrə səbəb olan açıqlamasına aydınlıq gətirib. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Təhsil Naziri Mikayıl Cabbarovun bir müddət öndə Azərbaycanda ali məktəblərə qəbulda test üsulunun ləğvini gündəmə gətiməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Mikayıl Cabbarovun səsləndirdiyi fikirlərə nazirliyin sektor müdiri Cəsarət Valehov aydınlıq gətirib. O, nazirin fikirlərinin testin ləğv edilməsi demək olmadığına diqqət çəkib. Cəsarət Valehov hazırda dünyanın bir çox ölkələrində abituriyentlərin bacarıqlarının ölçülməsi üçün İELTS, GMAT, TOEFL kimi beynəlxalq alətlərin olduğuna diqqət çəkib. Sektor müdiri belə nümunələrin Azərbaycanda da yaradılmasının abituriyentlərin bacarıqlarını daha dəqiq təyin etməyə imkan verəcəyini vurğulayıb. Cəsarət Valehov bildirib ki, yeni alətlərdən istifadə ən tezi 3 il sonra düşünülür. Ancaq bunun üçün təkliflər geniş müzakirə olunacaq və yeni qiymətləndirmə alətləri həm cəmiyyətin, həm də ekspertlərin rəyləri nəzərə alınmaqla formalaşdırılacaq. Nazirlik rəsmisi Azərbaycanda abituriyentlərin biliklərinin qiymətləndirilməsi sahəsində gözlənilən yeniliklərin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanacağını deyib. Milli.Az