Millət vəkili: "Bəzi cərimələr ləğv edilməlidir"

591 Просмотров

Добавлено: 24.02.2016
Категории: Разное
Тэги: cərimə , sürücü

''Dəfələrlə qayda pozanla, bir dəfə ya da nadir hallarda qayda pozan sürücü eyni cür cərimələnməməlidir''. Milli.Axz "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu fikirlə millət vəkili Tahir Kərimli çıxış edib. O, bəzi cərimələrin ləğv edilməsini də təklif edib. "Mütəmadi qaydapozan sürücülərlə nadir halda qayda pozanın cəriməsi eyni olmamalıdır". Bu fikirlə çıxış edən millət vəkili Tahir Kərimli yol hərəkəti qaydaları əleyhinə olan bəzi cərimələrin artırılmasını və mövcud olan bir neçə cərimə növünün də dəyişdirilməsini təklif edir. Onun sözlərinə görə, hər hansı bir cinayət törətmiş şəxsin ailə vəziyyəti, vəzifəsi və digər amilləri yoxlanılıb ona cəza verilirsə, İnzibati Xətalar Məcəlləsi də bu qayda nəzərə alınaraq tətbiq edilməlidir. Yəni hanısa sürücüyə qayda pozduğuna görə cərimə yazmazdan əvvəl polis yol patrul avtomobilindəki ''bort-komputer'' vasitəsi ilə sürücünün keçmişini yoxlamalıdır. Millət vəkili parklanma kimi yol hərəkəti qaydalarını ilk dəfə pozanların cəriməsinin ləğv edilməsini, əvəzində inzibati tənbeh növünü tətbiq edilməsini də təklif edib. Bu qanun bir çox avropa ölkələrində, habelə qonşu Gürcüstanda var. İlk dəfə qayda pozan sürücüyə mütləq qaydada güzəşt edilir. Milli.Az