Sığortasız maşınlar radara düşəcək

Sürücülərin mülki məsuliyyətinin icbari sığortasına nəzarət gücləndirilir. Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, sürücünün mülki məsuliyyətinin icbari sığortasının olub-olmamasına nəzarət gücləndirilir. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydalar martın 1-dən tətbiq ediləcək.

Hazırkı qaydalara görə, icbari sığortanın mövcudluğunun əsasən bir üsulla müəyyən etmək olur.

Martın 1-dən etibarən isə avtomobillərin icbari sığortasının mövcudluğu həm də texniki vasitələrin köməyi ilə müəyyən ediləcək.

Bu sistemin işə düşməsi üçün icbari sığortalar bürosunun elektron sistemi ilə yol polisinin məlumat sistemi bir-biri ilə əlaqələndirilməlidir.

Hazırkı qaydalara görə, icbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə edilir. Ekspertlər hesab edir ki, bu qayda sürücülərin məsulyyətini və buna uyğun olaraq icbari sığortalanan avtomobillərin sayını artıracaq. Bu isə qəza hadisələrindən sonra sığortanın yoxluğu ucbatından dəymiş ziyanın ödənilməsində yaşana biləcək problemləri minimuma endirə bilər.
Milli.Az

Длительность: 2:10 Просмотров: 3.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео