1500 işçilik müəssisədə indi 7 nəfər çalışır

Tovuz rayonu kənd təsərrüfatı bölgəsi kimi tanınsa da, vaxtilə burada yüngül sənaye də inkişaf edib. Qovlar tikiş fabriki kimi... Bir vaxtlar böyük kollektivi olan müəssisənin bu gün fəaliyyətini dayandırması nə ilə bağlıdır?

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Qovlar tikiş fabriki 1990-cı ildə yaradılıb. 2007-ci ilə kimi tam gücü ilə fəaliyyət göstərib. Gəncə-Qazax bölgəsində dillərə dastan olan müəssisədə vaxtilə 1500 nəfər işləyib. Ancaq bu gün burada çalışanların sayı 7 nəfərdir. Rayonun paytaxt Bakıdan uzaq məsafədə yerləşməsi və bunun nəticəsində də yaranan əlavə xərclər rəqabət qabiliyyətinə təsir edir.

Müsahibimiz deyir ki, rayonda yerləşən səhiyyə, təhsil müəssisələrinin, hərbi hissələrin uniformaları bölgədə hazırlanarsa, məhsul daha ucuz qiymətə başa gələr. Əgər səslənən təklifləri aidiyyəti qurumlar nəzərə alarsa, Qovlar tikiş fabrikinin tenderlərdə qalib gəlmək ehtimalı artar. Bu da müəssisənin fəaliyyətinin bərpasına, o cümlədən 300 nəfərin işlə təmin olunmasına şərait yaradar.

Milli.Az

Длительность: 1:53 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео