Aparıcı çirkli avtomobilini Zamiqə yudurdub

Müğənni Zamiq Hüseynovun 2008-ci ildəki maraqlı görüntüləri üzə çıxıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Lider TV-də yayımlanan "Tezdən oyan" verilişinin aparıcısı Firuzə Cəlilova (Fira) bu görüntüləri üzə çıxarıb.

Sujetdən göründüyü kimi Zamiq ona tapşırılan işi - maşın yumaq işini layiqincə yerinə yetirir. Zamiq maşını elə ürəklə yuyur ki, avto yuma mərkəzində işləyənlər bu videoya baxsa, Zamiqdən çox şey öyrənə bilərlər.

Zamiq deyir ki, kim istəsə sifarişlə maşınını yuya bilərəm.

Verilişin qonağı olan Zamiq bu görüntüləri görəndə özü də təəccüblənib. Zamiq bildirib ki, o Zamiq indi yoxdur: " Özümə, köhnə illərə baxanda utanıram, sıxılıram. Qaldı ki, maşın yumağa, yenə də maşın yuya bilərəm".

Milli.Az

Длительность: 3:58 Просмотров: 5.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео