Bakıda "Azəriqaz"ın işçisi döyülüb

Bakıda "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Qaz istismarı sahəsinin əməkdaşı Ramil Məmmədov qaz tənzimləyicisini təmir edərkən abonentlərdən biri ona yaxınlaşıb və qazın təzyiqinin artırılmasını tələb edib. "Azəriqaz" əməkdaşı ilə abonent arasında mübahisə yaranıb. Abonent qaz idarəsinin əməkdaşını əvvəlcə əli ilə, daha sonra isə qaz açarı ilə döyüb. Səs-küyə daha bir neçə abonent hadisə yerinə toplaşıb. Onlar da qaz idarəsinin işçisinin döyməyə başlayıblar. Ramil Məmmədovun iki iş yoldaşı hadisə yerindən qaça bilsə də, onun özü abonentlərin əlindən xilas ola bilməyib.

Hadisə nəticəsində Ramil Məmmədov çoxsaylı xəsarətlər alıb və hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Əməliyyatçılar xəstəxanada "Azəriqaz"ın yaralı işçisinin ifadəsini alıblar. Onu döyənlər axtarılır. Ramil Məmmədov hadisədə iştirak edən abonentləri tanımadığını bildirib.

Milli.Az

Длительность: 1:06 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: döyülüb dava
Пожаловаться

Похожие видео