Dərsliklərdəki ağır mövzular şagirdlərə çətinlik yaradır

319 Просмотров

Добавлено: 23.02.2016
Категории: Разное
Тэги: Dərslik , şagirdlər , şagird

Əvvəllər alqoritm, sinus və kosinus kimi yuxari sinif şagirdləri üçün nəzərdə tutulan mövzular artıq 2-ci sinif dərsliklərinə salınıb. Valideynlər 2-ci sinif "Riyaziyyat" və "İnformatika" kitabına salınan belə ağır mövzulardan şikayət edirlər. Onlar uşaqlarının fərdi şəkildə bu çalışmaları həll edə bilmədiklərini deyirlər. Ekspertlər isə hesab edirlər ki, dərslik müəllifləri "pedaqoji cinayət" törədirlər. Ancaq qarşi tərəfin də öz əsaslandırması var. II sinifin "İnformatika" kitabında "Alqoritm"lər. Eyni sinifin "Riyaziyyat" kitabına isə sinus və kosinus kimi müxtəlif həndəsi terminlər salınıb. Valideynlər bu tipli mövzu və tapşırıqların 2-ci sinif uşağı üçün ağır olduğunu deyirlər. Universitet məzunu olan valideynlər belə, summativlərə salınan çalışmaları həll etməkdə çətinlik çəkirlər. Vəziyyətdən çıxış yolunu isə bəzi valideynlər uşaqlarını repetitor yanına göndərməkdə görürlər ki, bu da əlavə xərc deməkdir. Mütəxəssislər dərsliklər üzərində "pedaqoji cinayət" törədildiyini deyirlər. Milli.Az bildirir ki, sözügedən kitablardan birinin müəllifi olan Nayma Qəhrəmanova "Xəzər Xəbər"ə açıqlamasında dərsliklərin dünya təcrübəsinə uyğun hazırlandığını deyib. Onun sözlərinə görə, 2-ci sinif "Riyaziyyat" kitabına sovet dövründən fərqli olaraq, akademik yanaşılmayıb. Belə ki, müəyyən həndəsi fiqurlar uşaq oyuncaqları ilə müqayisəli şəkildə, yəni uşaqların qavraya biləcəyi səviyyədə izah olunub. Bundan başqa, Nayma Qəhrəmanovanın fikrincə, uşağa nəyisə izah etmək üçün onun böyüməsini gözləmək də doğru deyil. Milli.Az