Tələbələrə kredit veriləcək - Fond yaradılır

333 Просмотров

Добавлено: 23.02.2016
Категории: Разное
Тэги: tələbə , kredit

Tələbələrə təhsil haqlarının ödənilməsi məqsədi ilə kreditlər veriləcək. Prosesə gələn tədris ilindən başlanması nəzərdə tutulur. Bu, ölkəmizdə yeni yaradılmış "Maarifçi" fondunun fəaliyyəti nəticəsində mümkün olacaq. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, fonda artıq Təhsil Nazirliyinin nəzdində olan 11 ali təhsil müəssisəsi cəlb edilib. Məsələn, Bakı Dövlət Universiteti bir tədris ili ərzində 50 belə kreditin verilməsini öz öhdəsinə götürüb. Amma qiymətləndirmə, yəni hansı tələbənin bu krediti ala biləcəyi, universitet tərəfindən deyil, fond tərəfindən müəyyənləşəcək. Konkret kriterialar isə yaxın 2 ay ərzində açıqlanacaq. Gələcəkdə prosesə digər ali təhsil müəssislərinin də qoşulacağı gözlənilir. Milli.Az