Ov mövsümünün vaxtı uzadıldı

TTV (Region TV) xəbər verir ki, ölkədə ov mövsümünün vaxtı martın 10-na kimi uzadılıb. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edən brokoniyerlərə qarşı mübarizəni də davam etdirir. Əməkdaşımız Cümşüd Bayramlının mövzu ilə bağlı araşdırması var.

Ov mövsümünün açıq elan olunması o demək deyil ki, kim harada istəsə ov edə bilər. Uzun illərdir ömrünü ovçuluğa həsr edən Vəkil Musayev ov zamanı silahla düzgün davranmağın vacibliyini bildirir. Hər əlinə silah alana da ovçu demək olmaz. Ovçuluğa meyil edənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Ovlanması qanunla qadağan olunan heyvan və quş növünə güllə atan, eləcə də icazə verilməyən ərazilərdə ov etməyə cəhd göstərən şəxslər müvafiq cəza tədbirləri ilə üzləşəcək. Yanvar ayında keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib.

Длительность: 2:53 Просмотров: 2.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Ov mövsümü
Пожаловаться

Похожие видео