Bakıda marketi soyanlar tutuldular

385 Просмотров

Добавлено: 22.02.2016
Категории: Разное
Тэги: market , cinayət işi

Yasamal Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən marketlərin birində satıcı işləyən vətəndaşa bıçaqla hədə-qorxu gələrək kassada olan 550 manat pul və tütün məmulatlarının quldurluq yolu ilə ələ keçirildiyi barədə məlumat daxil olub. Kəpəz TV (Region TV) xəbər verir ki, rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş iki nəfər - Oqtay Tahirov və Vüsal Abbaszadə saxlanılaraq istintaqa təqdim ediliblər. Qeyd edilən faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxslərin analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Milli.Az