Sərnişinlər yarı yolda düşürdülür

Bir çox hallarda gecə avtobus sürücüləri sonuncu reyslərdə sərnişinləri axırıncı dayanacağadək aparmaqdan imtina edirlər.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, onlar ya əvvəlcədən sərnişinləri xəbərdar edirlər ya da, yarı yolda onları maşından düşürərək sonuncu dayanacağa getməyəcəklərini deyirlər. Bəs görəsən onların buna ixtiyarı varmı və ümumiyyətlə bu qanunla necə tənzimlənir?

Belə hallarla sərnişinlər gecə saatlarında tez-tez rastlaşırlar. Sürücülər bunu adətən sonuncu reysdə edirlər. Bəzi hallarda sürücü avtobusda az sayda sərnişinin qaldığını görüb onları düşürür. Bəzən də əvvəlcədən sərnişin minəndə elan edir ki, manşurut xəttinin axırınadək getməyəcək. Nəticədə zərər sərnişinə dəyir. Bela halları elə sürücülər də etiraf edir və özlərinə haqq qazandırmağa çalışırlar.

Əslində isə bu qanuna tələblərinin və sərnişinlərin hüquqularının bir başa pozulmasıdır. Ekpert Ərşad Hüseynov deyir ki, marşurut sürücülərinin bu hərəkəti ``Avtomobil nəqliyyatı ilə sərnişin və baqajdaşıma qaydaları``na ziddir. Qaydalara əsasən bütün daşıyıcı şirkətlər birmənalı olaraq sxem və qrafikə əməl etməlidir.

Milli.Az

Длительность: 1:58 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео