Bundesliqada hakim meydanı tərk etdi

753 Просмотров

Добавлено: 22.02.2016
Категории: Спорт
Тэги: Bundesliqa , hakim , meydan

Almaniya bundesliqasında dünən keçirilən "Bayer" (Leverkuzen) - "Borussiya" (Dortmund) matçında ilginc hadisə yaşanıb. Milli.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanın hakim Feliks Zvayer 22-ci dəqiqədə meydanı tərk edib. FİFA referisi "Bayer"in baş məşqçisi Roger Şmidti tribunaya göndərib. Ancaq R.Şmidt meydandan çıxmayacağını bildirib. Bundan sonra hakim oyunu dayandırıb və meydanı tərk edərək paltardəyişmə otağına gedib. Təxminən 10 dəqiqədən sonra R.Şmidt tribunaya getməyi qəbul edib və komandalar yenidən meydana qayıdıb. Qeyd edək ki, "Bayer" - "Borussiya" oyunu 2-cilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli.Az videonu təqdim edir: Milli.Az