"İmamzadə" Dini Kompleksində mədrəsə yaradılacaq

Həm bu, həm də "İmamzadə" Dini Kompleksi barədə ətraflı məlumat vermək üçün Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov Kəpəz TV-nin (Region TV) efirində yayımlanan "Bu həftə" proqramının qonağı olub.

- "İmamzadə" Dini Kompleksi yenilənərkən, təmir-bərpa işləri aparılarkən əsasən nələrə daha çox diqqət yetirilib?

- Bismillahir-rəhmanir-rəhim. Mərhəmətli və əfv edən Allahın adı ilə. İlk öncə qeyd edim ki, bu ziyarətgah bizə şəhərimizin dindarlarına, respublikamızın insanlarına hədiyyə edilib. Bunun üçün sizi də, xalqımızı da təbrik edirəm. "İmamzadə" Dini Kompleksində yenidənqurma işləri aparılarkən əsasən milli qədimiliyin, dini ənənənin, memarlıq abidəsinin əsgi formasının yenilənməsi və onun tarixinin qorunub saxlanılaraq yaşaması üçün bütün şəraitlər yaradıldı. "İmamzadə" Dini Kompleksi böyük bir Şərq memarlığı üslubunda qurulub. Gəncə şəhərinin simasına uyğun olaraq kərpic üzləmələrdən istifadə edilib və dini şəriətin pozulmamasına görə, bütün işlər görülüb.

Длительность: 4:34 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео