Rəqqasə Aytən: "Bilirlər ki, sinəmə pul basmaq olmaz"

Rəqqasə Aytən musavat.com saytının suallarını cavablandırıb. Rəqqasə ilə söhbətə Türkiyədəki fəaliyyətindən danışaraq başlayırıq:

- Tez-tez qardaş ölkəyə gedirsiniz, mərasimlərdə səhnəyə çıxırsınız. Türkiyənin tanınmış rəqqasəsi Asena ilə dostluğunuz da hamıya bəllidir, birlikdə klip də çəkdirmişdiniz. Yeni işbirliyiniz olacaqmı?

- Asena ilə fotosessiyamız çəkilib. Burada onu efirə və xəbər portallarına verə bilmirəm. Rəqs paltarını açıq-saçıq geyinmədiyim üçün o fotolardakı geyimləri özümə uyğun hesab etmirəm. Asena da mənə görə fotoları təqdim etmir. Fotolar gözəldir, amma fotoşop ilə üzərində çox işlənib. Mən fotoşop sevmirəm, şəkillərdəki Aytən mənə bənzəmir, Asenayla əkiz bacı kimi görünürük. Ona görə fotoları bəyənmədim. Bilirsiniz ki, çox az hallarda açıq-saçıq rəqs libası geyinirəm. Ayın axırı Türkiyədən sırf efir üçün geyimlər gətirəcəyəm. Efir məni çox sıxır, verilişlərə dəvət edirlər, paltara görə gedə bilmirəm. Veriliş üçün paltarın orasını-burasını bağlamağı qəbul etmirəm.

Длительность: 5:59 Просмотров: 4.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: rəqqasə
Пожаловаться

Похожие видео