"Yoldan tapmışam, it kimi peşmanam"

Abşeron və Bakıda narkotik aludəçiləri həbs olunub. Saxlanılan şəxslərdən ikisi keçmiş məhkumdur.

Milli.Az Region TV-yə istinadən xəbər veriri ki, Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 32 yaşlı İsmayıl Ələkbərov saxlanılıb. İstintaqa ifadə verən İsmayıl bundan öncə bir neçə dəfə həbsdə olduğunu bildirib. Sonuncu dəfə 2 il 8 ay məhkumluq yaşayıb. 1 il 2 ay narkotik vasitədən uzaq olsa da, pis vərdişinə yenidən qayıdıb.

52 yaşlı Elşən Quliyev də rayon polis əməkdaşları tərəfindən marixuana istifadə etdiyi üçün idarəyə gətirilib. Usta işləyən Elşən narkotik vasitəni hər hansı bir şəxsdən almadığını, yoldan tapdığını deyib. Qeyd edək ki, saxlanılan şəxs bundan öncə narkotik maddələrinin satışı ilə məşğul olduğu üçün həbs həyatı yaşayıb.

Elşən Quliyev - saxlanılan şəxs: "3 gün bundan qabaq yoldan tapmışdım. Cibimdə saxlayırdım, şübhəli şəxs kimi tutdular məni. Səhvdir də, ne eləyək? Peşman nədir e, it kimi peşmanam".

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 31 yaşlı Nazim Hacıyev saxlanılıb. Onun üzərindən 0,216 qram heroin götürülüb. İlkin dindirilmə zamanı Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Artıq faktlarla bağlı cinayət işi açılıb.

Milli.Az

Длительность: 1:35 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео