3 min cütlüyə birlikdə toy edildi

290 Просмотров

Добавлено: 21.02.2016
Категории: Разное
Тэги: Toy

Təsəvvür edin, 3 min cütlüyə birlikdə nikah kəsildi. Maraqlı mərasim Cənubi Koreyada bir dini təriqət tərəfindən keçirilib. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ənənəvi nikah mərasimini Cənubi Koreyanın mübahisəli "Moon" təriqəti təşkil edib. Nəticədə 3 minə yaxın cütlüyün nikah kəsilib. Məlumata görə evlənən cütlüklərdən bir çoxu cəmi bir neçə gün əvvəl tanış olublar. Belə mərasimlər 1960-cı illərdən bəri keçirilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən dini hərəkat davamçılarının izdivaca daxil olması barədə qərarı kilsə liderləri verib. Bir çox ölkədə totalitar təriqət kimi tanınan kilsənin fəaliyyətinə qadağa qoyulub. Milli.Az