"Mançester Yunayted" Mourinyoya tapşırılacaq

306 Просмотров

Добавлено: 21.02.2016
Категории: Разное , Спорт
Тэги: baş məşqçi

"Joze Mourinyo ən yaxın vaxtlarda Britaniyaya qayıdacaq". Bunu İtaliyanın "İnter" klubunun sabiq prezidenti Massimo Morattinin bacısı Bedi Moratti deyib. Milli.Az calciomercato-ya istinadən bildirir ki, B.Morattinin sözlərinə görə, dünyaca məşhur portuqaliyalı çalışdırıcı "Mançester Yunayted" klubunun baş məşqçisi postuna təyin olunacaq. 53 yaşlı Mourinyo bu gün Moratti ailəsinin dəvəti ilə "San Siro" stadionunda olub, "İnter"-"Sampdoriya" matçına baxıb, daha sonra isə Braziliya yığmasının sabiq forvardı Ronaldo ilə birlikdə nahar edib. "Mourinyonun Milana gəlişi onun "İnter"ə qayıdışa hazırlaşması deyil. Joze "Mançester Yunayted"ə gedəcək və orada Lui Van Qalı əvəzləyəcək. Joze üçün darıxırıq. Lakin onun əhvalı yaxşıdır. Joze Mançesterə yollanır", - Bedi Moratti söyləyib. Milli.Az