"Zərb çalanda güləş hərəkətlərindən də istifadə edirəm"

Onu sosial şəbəkələrdə tanımayan yoxdur. Bir çox videoları mübaliğəsiz-filansız bəzi xalq artistlərindən daha çox baxılır. Düzdür, baxış sayı göstərici olmasa da, onu sevənlərin sayı da az deyil. Lakin bütün bunlarla yanaşı, inanıram ki, onun adını da indi oxuyursunuz.

Milli.Az bildirir ki, ölkə.az-ın suallarını son zamanlar sosial şəbəkələrin fenomeninə çevrilmiş zərb ifaçısı Rəşad Allahverənzadə cavablandırır.

- Rəşad bəy, istərdim, əvvəlcə özünüz haqda danışasınız.

- Qubalıyam, Qubada yaşayıram, 33 yaşım var. Uşaqlıqdan zərb alətləri ifa edirəm. Bu sənəti də atam Qədir Allahverənzadədən öyrənmişəm. O, şimal zonasının ən güclü zərb və nağara ifaçısı olub, 1998-ci ildə dünyasını dəyişib. Atam dünyasını dəyişəndən sonra kasetlərini qoyub baxmışam, evdə məşq eləmişəm. Bir az dəcəl uşaq idim. Atam birinci sinifdən məni özü ilə toylara aparırdı, qoşanağara çalırdım. Ondan sonra da özüm toylara getmişəm.

Длительность: 1:53 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео