Ronaldunun diqqətini necə çəkmək olar?

632 Просмотров

Добавлено: 21.02.2016
Категории: Разное , Спорт
Тэги: futbolcu

Bu gün "Real Madrid" Malaqa ilə qarşılaşacaq. Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, matç yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 19:00) başlanacaq. Komanda Malaqada böyük coşqu ilə qarşılanıb. Zinəddin Zidan, Kriştianu Ronaldu, Marselo, Xames Rodriges avtobusa yaxınlaşanda isə "İsko, İsko" sədaları terminalı başına götürüb. Bu səs-küyün içində isə Ronaldunun diqqətini balaca qız cəlb edib. Portuqal ulduzun adını əndəlus ləhcəsi ilə tələffüz edən qıza elə onu yamsılayaraq yaxınlaşaran Ronaldu soruşub: "Nədir mənim adım?" Qızın yanında dayanan atası isə: "Kriştianu, o sizi çox sevir", - deyib. Qız üçün avtoqraf verən Ronaldu digər azarkeşlərin "KriRo" bağırtılarına əl yelləməklə təşəkkürünü bildirib.