Sürücülər, yollarda diqqətli olun!

534 Просмотров

Добавлено: 20.02.2016
Категории: Разное
Тэги: sürücülər , yol , qəza

Bəzən olur ki, harasa tələsirsən və bu zaman isə maşınla kiçik bir qəza yaranır. Tələsdiyin üçün və günah səndə olmadığı üçün hadisə yerindən uzaqlaşırsan. Bu isə hec özündən bilmədən sonradan sənə böyük bir problemə çevrilir İlkin Mikayılov başına gələni danışıb. O haqlı olduğu halda, haqsız duruma düşdüyünü deyir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu sürücü kimi bir çox sürücülər var ki, yol hadisəsi zamanı baş verən cüzi qəzalarda qarşı tərəfdən heç bir haqq tələb etmədən və yol polisinə xəbər vermədən hadisə yerindən uzaqlaşırlar. Özləridə bilmədən haqlıykən haqsız durumuna düşürlər. Əslində isə sürücülər bu hərəkətinə görə qanunla məsuliyyət daşıyırlar. Bakı şəhər dövlət yol polis idarəsinin rəisi Vaqif Əsədovun bununla bağlı sürücülərə xəbərdarlığı da var. Milli.Az