İki rayonda fəlakət: ağaclar kökündən çıxdı, işıqlar kəsildi, heyvanlar öldü

616 Просмотров

Добавлено: 19.02.2016
Категории: Разное

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Şirvanda güclü külək dam örtüklərini yerə atıb, ağacları kökündən çıxarıb. Bəzi yerdə çardaqlar uçub, binanın üstündən düşən su çəni 2 avtomobili əzib. Külək elektrik naqillərini də sıradan çıxarıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Təbii fəlakət şəhər təsərrüfatına xeyli ziyan vurub. İmişli ərazisində də əsən güclü külək ciddi fəsadlar törədib. Rayonun Bəcirəvan kəndində külək elektrik naqilini qırıb. Nəticədə, ərazidə kənd sakininə məxsus olan iribuynuzlu heyvanlardan birini cərəyan vuraraq öldürüb. "Səhər-səhər heyvan gətirəndə naqil qırılıb, yerə düşüb, bilməmişəm. Heyvan düşdü, cərəyan vurdu. O biri dirəyin dibində o biri inəyi tutdu", - deyə kənd sakini Abbasəli Əmirov bildirib. Yerli qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Milli.Az