Bakıda 2 nəfər bıçaqlanıb

Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. 24 yaşlı Cavid Bağırov metronun "Azadlıq Prospekti" stansiyası yaxınlığında bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb və dərhal əməliyyat olunub. Hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verilib.

Paytaxtın Nizami rayonunda da bıçaqlanma hadisəsi baş verib. Rüstəmov küçəsində yerləşən kafelərdən birində yeyib-içən 37 yaşlı Rəhim Kazımovla digər müştəri arasında mübahisə düşüb. Nəticədə Rəhim Kazımov bıçaqlanıb. Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirib. Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Длительность: 0:46 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео