Tanınmış müğənninin arxivi özünü də təəccübləndirdi

1304 Просмотров

Добавлено: 19.02.2016
Категории: Разное
Тэги: tanınmış , müğənni , arxiv

Müğənni Elçin Cəfərovun 2008-ci ildəki maraqlı görüntüləri üzə çıxıb. Milli.Az big.az-a istinadən xəbər verir ki, Lider TV-də yayımlanan "Tezdən oyan" verilişinin aparıcısı Firuzə Cəlilova( Fira) bu görüntüləri üzə çıxarıb. Sujetdə göründüyü kimi, Elçin skateboard sürmək istəsə də, buna nail ola bilmir. Dəfələrlə məşq edən müğənni skateboardı sürə bilmədiyini görüb, onun üstündə oturur. Verilişin qonağı olan Elçin Cəfərov bu görüntüdən özü də təəccüblənib. Elçin deyib ki, o vaxtdan skateboarda yaxın durmayıb: "O vaxtdan skateboarddan xoşum gəlmir. Bəzi şeylər var ki, düşünürəm ki, inidiki yaşda etməzdim". Milli.Az