Bazardan belə süd məhsulları almayın

Paytaxtın bir sıra bazarlarında, hətta küçələrdə və yol kənarlarında heç bir gigiyenik normaya əməl olunmadan satılan süd məhsulları görmək mümkündür. Bəs, məhsulların bu şəkildə satışı nə dərəcədə doğrudur?

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, içi tozla dolmuş qatıqlar, üstü açıq pendirlər və digər ağartı məhsulları...

Bazarlarda ağzı açıq qablarda satılan bu mənsullar antisanitar vəziyyətdən xəbərə versə də satıcılar buna özlərinəməxsus bəraət qazandırırlar.

Ancaq bildiyi halda gigiyenik normalara əməl etmədiyini etiraf edənlər də var. Alıcıların məhsulların belə satıiına münasibəti bir mənalı deyil.

Mütəxəssislər isə ağartı məhsullarının bu şəkildə satışı və istifadəsini sağlamlıq üçün təhlükə sayır.

Gigiyena və epidemologiya mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə bu məhsulların bu şəkildə satışında günahkar birbaşa bazar rəhbərliyidir. Bazar rəhbərliyi satıclıları süd məhsullarının satışı üçün soyuducu vitrinlərlə təmin etməlidir.

Əks halda bəzər rəhbərliyi üçün cərimələr nəzərdə tutulub. Hüquqi şəxslər 200 manatdan - 400 manatadək, fiziki şəxslər isə 100 manatdan - 200 manatadək cərimələr olunurlar.
Milli.Az

Длительность: 1:58 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: süd məhsulları
Пожаловаться

Похожие видео