Saxta dərmanlar: aldanmamaq üçün nə etməli?

320 Просмотров

Добавлено: 19.02.2016
Категории: Разное

Bərdə və Cəlilabadda saxta bitki dərmanının satışının qarşısı alınıb. Bu fakt original bitki dərmanının saxtasından necə fərqləndirilməsi məsələsini aktuallaşdırıb. Mütəxəssislərin tövsiyyələri növbəti xəbərimizdə. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, saxtalaşdırılmış bitki dərmanlarının satışının qarşısı alınıb. Bu fakt Kənd Təsərrüfatı yanında Fitosanitar Nəzarət Xidmətinin həyata keçirdiyi yoxlamalar zamanı aşkarlanıb. Bərdə rayonunda Rəfael Məhərrəmov, Cəlilabad rayonunda isə Rüstəm Şəbiyev adlı şəxslərin mağazalarında Fransa istehsalı olan "Kurzat" adlı preparatın saxtası müəyyən olunaraq götürülüb. Fitosanitar Nəzarət Xidmətinin Toksikologiya Və Keyfiyyətə Nəzarət Mərkəzinin Rəhbəri Yaqub İbrahimov deyib ki, yararlı olmasına şübhə edilən preparatlar onların əsli ilə laboratoriya şəraitində müqayisə edilib. Adətən bitkilərin məhvedicilərdən qorunması üçün istifadə edilən "Kurzat" preparatlarının saxta nümunələrinin ortaya çıxması ümumiyyətlə bitki dərmanlarının orijinalının saxtasından fərqləndirilməsi məsələsini gündəmə gətirib. Fitosanitar Nəzarət Xidməti qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış sübutları hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna təqdim edib. Milli.Az