Ev tikmək istəyənlərin nəzərinə

Torpaq sahələrinin tikinti üçün ayrılması qaydasını pozan vəzifəli şəxslər böyük miqdarda cərimələnəcək. Bununla bağlı inzibati xətalar məcəlləsinə dəyişikliklər edilib və dəyişikliklər gələn aydan qüvvəyə minəcək.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, magistal boru kəmərlərinin yanındakı, yüksək gərginlikli elektrik xətlərinin altındakı, eyni zamanda tikinti norma və şərtlərini pozmaqla torpaqların tikinti üçün ayrılmasına görə vəzifəli şəxslərə tətbiq edilən cərimələr artırılıb. Bunu bağlı İnzibati Xətlar Məcəlləsinə edilən dəyişiklik növbəti aydan qüvvəyə minəcək.

Prezidentin fərmanına əsasən bu müddəlar üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması qərarı prokuror tərəfindən qəbul ediləcək. Baş prokurorluq tərəfindən bu işlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat veriləcək.

Statistika isə göstərir ki, ölkəmizdə qanunsuz və normalara uyğun aparılmayan tikililərin sayı kifayət qədər çoxdur.

Belə tikililərin sökülməsi üçün isə dövlət büdcəsindən böyük həcmdə kompensasiyaların ayrılması lazım gəlir . Mühafizə zolaqlarındakı tikililərə ən çox Bakı və ətraf rayonlarda rast gəlinir ki, hələdə belə tikilərin taleyi bağlı dövlət tərəfindn hər hansı bir qərar verilməyib.
Milli.Az

Длительность: 1:52 Просмотров: 3.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео