Üç maşın toqquşub, iki nəfər ölüb

Ötən gün axşam saatlarında Gəndov-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Xudat şəhər sakini Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi "10 GD 313" dövlət nömrə nişanlı "KİA" markalı avtomobil qarşıdan gələn 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Şərif-oba kənd sakini Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi "27 BF 054" nömrə nişanlı "VAZ 21 06" markalı nəqliyyat vasitəsilə toqquşub.

Toqquşmadan sonra idarəetmədən çıxan "VAZ 2106" markalı avtomobil qarşı zolaqda hərəkət edən 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şükürov Rövşən Şahbala oğlunun idarə etdiyi "27 BN 917" dövlət nömrə nişanlı "VAZ 21093" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Длительность: 1:37 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео