Bu buzov hamını təəccübləndirir

TTV (Region TV) xəbər verir ki, Tovuz rayonunun ucqar dağ kəndlərindən birində heyvan təsərrüfatında qeydi-adi hadisə baş verib. Kənd sakinlərinin birinin heyvan təsərrüfatında iribuynuzlu heyvan ayaq pəncəsi olmayan bala dünyaya gətirib. Heyvanın sahibləri isə uzun illərdir mal-qara saxlamaqlarına baxmayaraq bu cür hadisə ilə qarşılaşmadıqlarını deyir. Mövzunun davamını əməkdaşımız Cümşüd Bayramlı süjetində danışacaq.

40 ildən çoxdur ki, mal-qara saxlayan müsahibim ilk dəfə bu cür halla qarşılaşdığını bildirir.Əvvəllər bu inək üç bala verib və heç birində də qeyri-adilik müşahidə olunmayıb. Buzov ayaqüstə müvazinətini tənzimləyə bilmir. Heyvan sahibləri yaşayacağına ümid bəslədiklərindən bu qüsuru aradan qaldırmaq üçün çarə axtarışındadırlar. Qonşuluqda yaşayan digər təsərrüfat sahibləri isə hadisəni müxtəlif çatışmazlıqlarla əlaqələndirirlər.

Длительность: 2:07 Просмотров: 5.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: buzov
Пожаловаться

Похожие видео