Sistemə vurulmayan protokolların aqibəti necə olacaq?

Yeni inzibati xətalar məcəlləsinə görə qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar haqqında cərimələr bir ay ərzində sürücünün də görə biləcəyi sistemə yerləşdirilməsə ləğv ediləcək. Bununla bağlı xəbər təqdim etmişik. Bu zaman sual yaranır ki, məcəllənin qüvvəyə minəcəyi tarixdən əvvəl sistemə vurulmayan protokolların aqibəti necə olacaq?

Yeni inzibati xətalar məcəlləsinin qüvvəyə minmə tarixi dəyişib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, yeni məcəllə ötən gün imzalanıb dərc edildiyinə görə mayın 1 deyil, martın 1-də qüvvəyə minəcək.

Məcəllədəki əsas dəyişikliklərdən biri qayda pozuntuları ilə bağlı tərtib edilən protokollarla haqqında idi. Yəni, cərimə qayda pozuntusunun baş verdiyi vaxtdan bir ay ərzində sürücülərin ödəyə biləcəyi məntəqələrin elektron sistemində görünməsə ləğv ediləcək.

Yeni qaydanın martın 1-dən sonra tərtib ediləcək protokollara aid olması sual doğurmur. Bəs martın 1-dən əvvəl sistemdə görünməyən cərimələrə görə sürücülər məsuliyyətə cəlb edilə bilərmi ?

Yeni qaydanı məhz fevral ayında tərtib edilmiş protokollara aid etmək olmaz. Çünki onların sistemə yerləşdirilməsi üçün verilən bir aylıq müddət məcəllənin qüvvəyə minəcəyi mart ayında tamamlanacaq.

Milli.Az

Длительность: 1:43 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: protokol cərimə
Пожаловаться

Похожие видео