İş dəftərləri iki hissəyə bölünüb - Valideynlər narazıdır

İş dəftərləri ilə bağlı növbəti problem ortaya çıxıb. İş dəftərləri birinci və ikinci yarimilliklərə bölünüb. Bu isə onun qiymətindən də yan keçməyib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, valideynlər əlavə xərcə düşməkdən narazılıq edirlər.

İş dəftərləri "Birinci və ikinci yarımiliklər" deyə iki hissəyə bölünüb. Buna görə də valideynlər 1 yox 2 iş dəftəri almalıdır. Daha da maraqlısı bəzi iş dəftərlərinin iki yarımillikdən ibarət olmasıdır. Məsələn 5 sinif üzrə yalnız Ədəbiyyat, 6-cı sinif üçün Fizika, Bialogiya, Coğrafiya fənninin, 1-ci sinif Rus bölməsinin şagirdləri üçün isə yalnız Rus dili kitabının iş dəftəri iki yarım illikdən ibarətdir.

Bir kitabın iki, digərinin isə bir iş dəftəri olmasını valideynlər özlərinə məxsus şəkildə izah edirlər. Valideynlər iş dəftərlərinin neçə hissədən ibarət olmasının yox, qiymətinin artmasından narazıdırlar. 4 manatlıq iş dəftərinin hissələrə bölünərək 8 manata satılmasını qiymətlə əlaqələndirirlər.

İl ərzində bir fənn üzrə bir kitab yetərli olduğu halda iş dəftərlərinin yarımilliklərə bölünməsi sual doğurur. Mütəxəssislər az vərəq sayı hesabına başa gələn iş dəftərinin bir cilddə toplanmasının mümkün olduğunu deyirlər.

Təhsil Nazirliyindən bildirilir ki, iş dəftərləri əlavə vəsait olduğundan məcburi hesab olunmur. Nazirlik əlavə vəsaitlərin istifadəsinə isə nəzarət etmir. Onda belə çıxır ki, müəllimlər şagirdlərdən iş dəftərlərini nazirliyin qaydalarını pozaraq tələb edirlər.

Milli.Az

Длительность: 1:58 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео