Başı kəsilən uşaq torpağa tapşırıldı

Ötən gün axşam saatlarında 1-ci sinif şagirdi olan Ümid İsgəndərovun atası tərəfindən başı kəsilərək qətlə yetirilməsi səs-küy doğurdu.

Milli.Az moderator.az-a istinadən bildirir ki, Ümid İsgəndərov bu gün Beyləqanın Yuxarı Kəbirli kəndində torpağa tapşırılıb.

Polisin məlumatına görə, cinayəti törədən Zahid İsgəndərov 8 il əvvəl Mahirə Abışova ilə ailə həyatı qurub. Bu müddət ərzində onların 2 oğlu olub. İddialara görə, o alkoqollu içki aludəçisi olduğuna görə ailədə dəfələrlə mübahisə düşüb. İki ay əvvəl isə ailə dağılıb. M.Abışova uşaqlarını dagötürüb atası evinə gedib. Ancaq bundan sonra da Zahid İsgəndərov onu rahat buraxmayıb və uşaqları gizlin şəkildə özü ilə aparıb. Bir müddət sonra baxa bilmədiyi üçün kiçik oğlunu anasına qaytarıb, 7 yaşlı Ümidi isə özündə saxlayıb və dəfələrlə Mahirəyə zəng vuraraq oğlunun başını kəsəcəyi ilə hədələyib. Və ötən gün o Ümidi aldadaraq kəndin yaxınlığında onun başını kəsib.

Hadisəni törədən şəxs Zahid İsfəndərov həbs olunub, faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Длительность: 1:21 Просмотров: 11K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео