"Üzümə baxdı, dedim ki, getmə bala, onlarda insanlıq yoxdur"

Beyləqanda dəhşətli qətl hadisəsi baş verib.

Ata azyaşlı övladının başını kəsərək qətlə yetirib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümid İsgəndərovun boğazını kəsərək qətlə yetirib.

Beyləqan rayon polis şöbəsindən bildirilib ki, Zahid İsgəndərov qətli törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Mərhumun qohumu: "Bu körpəni vermirdi. Uşağı gəlib mənim yanımdan apardılar. Uşaq gedəndə dönüb mənim üzümə baxdı. Dedim ki, getmə bala, onlarda insanlıq yoxdur. Bilirdim ki, bu işin sonu yoxdur".

Hazırda faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az

Длительность: 1:14 Просмотров: 6.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео