Yeni avtomobil qüsurlu olarsa nə etməli?

Tez-tez xəbərlər eşidirik ki, müəyyən nəhəng avtomobil şirkətləri hansısa texniki nasazlığa görə avtomobilləri geri çağırırlar. Ya da yeni avtomobil alırsan, az bir müddət istifadə edirsən, sürücüdən asılı olmayan bir qüsur aşkarlanır. Məcbur qalıb, avtomobili təmir üçün avtoservisə qaytarmalı olursan. Təmir bəzi hallarda uzanır. Bu zaman avtomobil sahiblərinin hüquqları pozula bilər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, zəmanətlə aldığı yeni avtomobilin xarab olması və təmirinin uzun çəkməsi Taleh Məmmədovu hövsələdən çıxarıb. İlk baxışdan ciddi problem kimi görünməsə də, bir çox təmir prosesində avtomobil sahiblərinin hüquqları pozulur.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda göstərilir ki, satıcıdan qaynaqlanan problemlərə görə sürücülər bir sıra tələblər irəli sürə bilərlər. Təmir uzun çəkəndə isə sürücüyə oxşar avtomobil verilməklə bərabər müəyyən ödəniş də edilməlidir. Məsələn avtomobilin qiyməti 10 min manat təşkil edərsə onda, bu məbləğ hər gecikdirilən gün üçün yüz manat deməkdir.
Milli.Az

Длительность: 1:55 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: avtomobil sürücü
Пожаловаться

Похожие видео