Qapıda kredit: çalışın, aldanmayasınız

632 Просмотров

Добавлено: 17.02.2016
Категории: Разное
Тэги: kredit

Hörmətli oxucular, bir müddətdir ölkəmizdə yeni satış üsulu peyda olub. Bəzi insanlar qapı-qapı gəzərək, müxtəlif məişət əşyaları satırlar, üstəlik bu əşyaları müştərilərə kreditlə təklif edirlər. Ödəniş ilə bağlı sənədləşmə isə üzərində möhür olmayan vərəqə vasitəsilə həyata keçirilir. Əməkdaşlarımız belə satış üsulunun mümkün fəsadları ilə bağlı xəbər hazırlayıblar. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, satış üzərində şirkətin rekvizitləri və möhürü olmayan kağız parçası vasitəsilə həyata keçirilib. Bəs özündə yalnız ödəniş cədvəlini əks etdirən bu kağız hüquqi sənəd sayıla bilərmi? Bu isə o deməkdir ki, tərəflər bir-birlərinin qarşısında heç bir məsuliyyət daşımırlar. Nəticədə isə istər alıcının, istərsə də satıcının aldanması ehtimalı böyükdür. Bundan əlavə, həmin məhsulların zəmanəti olmadığına görə, əşyada yaranmış nasazlıqla bağlı müştəri heç bir iddia qaldıra və öz hüquqlarını təmin edə bilməz. Ona görə də mütəxəssislər məsləhət görürlər ki, gələcəkdə xoşagəlməz hallardan sığortalanmaq üçün alış-veriş edərkən, satış tərəfinin bütün sənədləri ciddi yoxlanılmalı və alış-veriş prosesi rəsmi qaydada sənədləşdirilməlidir. Milli.Az