Küçədə satılan süd təhlükəlidir

Hər səhər paytaxtın küçə və məhəllərində qustar üsulla qablaşdırılmış süd satılır.

Demək olar ki, hər səhər paytaxtın küçə və məhəllərində qustar üsulla qablaşdırılmış süd satılır. Satıcılar iddia edir ki, bu südlər təbii və təmiz məhsuludur. Halbuki südün mənşəyi ilə bağlı ilə heç bir məlumat yoxdur. Üstəlik qablaşdırılmasının da standartlara cavab verib verməməsi sual altındadır.

Milli.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, məhəllələri, küçələri gəzib süd satırlar. Belə süd satanlara hər gün səhər saat 8-dən 11-qədər binaların həyətində rast gəlmək mümkündür. Səyyar satıcılar südün litrini bazar qiymətindən 10, 20 qəpik daha aşağı satdıqları üçün müştəri sarıdan da qıtlıq çəkmirlər.

Bu hal isə satılan məhsulun keyfiyyəti və mənşəyi ilə bağlı sualları gündəmə gətirir. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirirlər ki, qurum məhəllərədə belə satış yerlərinə nəzarət etmək iqtidarında deyil. Xidmətinin sözçüsü Yolçu Xanvəli, onun xəstə heyvanın məhsulu olma ehtimalını da istisna etmir.

Digər bir problem isə həmin südün qablaşdırılması ilə bağlıdır. Burada da heç bir standartdan söhbət gedə bilməz və sağlamlıq üçün təhlükə törədir. Ona görə də, mütəxəsislər insanları özlərinin bu cür məhsulları almaqdan uzaq durmağa inanıb aldıqları təqdirdə isə bişirib istifadə etməyi məsləhət görürlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə küçə ticarəti ilə məşğul olanlar 80 manat cərimə gözləyir. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirilər ki, buna sahə müvəkilləri nəzarət etməlidir.
Milli.Az

Длительность: 1:41 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео