Gəlin küçənin ortasında bəyi döydü, qaçdı

Rusiyanın Tula şəhərində maraqlı hadisə baş verib.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, şəhərin mərkəzində gəzintiyə çıxan bəy və gəlin qəflətən dalaşmağa başlayıb. Maşını saxladan gəlin avtomobildən düşərək qaçmağa çalışıb. Vəziyyətə müdaxilə etmək istəyən bəy isə gəlini avtomobilə mindirmək istəyib.

Küçə ortasında dalaşan bəy və gəlini yoldan keçənlər heyrətli baxışlarla izləyib. Bəy nə qədər cəhd etsə də gəlini avtomobilə minməyə razı sala bilməyib. Gəlini qolundan tutub məcburi aparmaq istəyən bəy gözləmədiyi reaksiya ilə qarşılaşıb. Belə ki, gəlin əlindəki gül buketini bəyin başına çırpıb və qaçmağa başlayıb.

Bəyi isə gəlinin arxası ilə getmək əvəzinə onu söyüb və avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Milli.Az

Длительность: 1:20 Просмотров: 11K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: gəlin küçə Bəy
Пожаловаться

Похожие видео