Bacını bıçaqlayan qardaş: "Tanımadığım bir şəxsin fotosu idi"

361 Просмотров

Добавлено: 16.02.2016
Категории: Разное
Тэги: bıçaq , bacı , qardaş

"Sözümə qulaq asmadığına görə mübahisə yarandı" Bakıda qardaş bacısını bıçaqlayıb. 29 yaşlı Yelena Rüstəm qızı Qurbanova yaşadığı Biləcəri qəsəbəsi Q.Süleymanov küçəsi ev 42 "B" ünvanından kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb. Hadisə barədə məlumat əldə edən Binəqədi polisinin əməkdaşları Yelena Qurbanovaya bıçaqla xəsarət yetirənin onun qardaşı 26 yaşlı Sabir Rüstəm oğlu Qurbanov olduğunu müəyyən ediblər. Sabir saxlanılaraq istintaqa təhvil verilib. Dindirilərkən törətdiyi cinayət əməlini etiraf edən Sabir bacısını qısqanclıq zəminində bıçaqladığını bildirib: "Demişdim ki, bayıra çıxma, çıxanda da xəbər elə. Bir neçə dəfə başa saldım. Mənə qulaq asmadı".