Doğuşa milli rəqsimizi oynatdılar

Türkiyənin tanınmış müğənnisi Doğuş ötən gün 5/5 verlişində qonaq olub.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal ekiz rəqqas qardaşları səhnəyə dəvət edib, onlar Doğuşa milli rəqsimizi oynamağı öyrədiblər. İlk dəfədən Doğuşa asan görünməsə də, o, ritmik hərəkətləri öyrənməyə cəhd edib.

Daha sonra milli mətbəximizdən danışan Doğuş yarpaq dolmasını çox sevdiyini bildirib:

"Sanki yarpaq dolması ilə aramızda bir eşq yaranıb. 24 saat bişirib versələr yeyərəm. Bizim xanım sag olsun, evlənəndən bəri vur-tut 3 dəfə yemək bişirib. Yaxşıki evdə bişirənimiz var, qarnımızı doyurur".

Daha sonra Doğuş ailə həyatı qurduğu Xoşqədəm Baxşəliyevanı Azərbaycanın bir mələyi adlandırıb və onun qədrini bilməyimizi söyləyib.

Milli.Az

Длительность: 5:53 Просмотров: 8.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео