Bakıda banka basqın etdilər - 1

Fevralın 12-nə keçən gecə bankdan oğurluğa cəhd göstərən şəxslərdən biri saxlanılıb. 49 yaşlı Elxan Məsimov həyəcan siqnalının işə düşməsindən sonra hadisə yerinə gələn mühafizə polisi tərəfindən saxlanılıb. Artıq istintaqa təhvil verilən şəxs əvvəlcə polisi taksi fəaliyyəti ilə məşğul olduğuna və gecə vaxtı bankın ətrafında düşürtdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Niyyətinin baş tutmadığını gördükdə isə ən böyük bicliyin düzlük olduğunu başa düşüb. Onun sözlərinə görə, oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb.

Bankın binasında yerləşən bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Длительность: 1:22 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: bank cinayət işi
Пожаловаться

Похожие видео