Azərbaycan məktəbində fərqli qaydalar

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, 10 ildir Yevlağın Yuxarı Qarxun kənd orta məktəbində daxili qaydalar tətbiq olunur. Burada təhsil alan şagirdlər, müəllimlər və məktəbdə çalışan digər əməkdaşlar binadan içəri daxil olmadan öncə ayaqqabılarını çıxararaq sellofan torbaya qoyurlar. Digər təmiz ayaqqablarını geyinərək məktəbin dəhlizinə daxil olurlar.

Şagirdlər də bildirirlər ki, bu qaydanın tətbiq olunmasında məqsəd məktəb binasının içərisinin təmiz vəziyyətdə saxlanmasıdır. "Ayaqqabımı soyunuram, sonra torbadan çıxardıb o birisini geyinirəm. Çünki məktəb batmasın, evdən gəldiyim ayaqqabım kirli olur, palçıq olur", - deyə şagird Zamiq Həsənli bildirib.

Məktəbin direktoru Ruqiyyə Abdurrəhimova isə bu işi valideynlərin və aidiyyatı qurumların razılığı əsasında həyata keçirdiklərini bildirir. "Uşaq gəlirdi içəri, təmizləmək bir az çətin olurdu, suyumuzda da problem vardı, ona görə də biz belə bir qərara gəldik ki, müəllim və şagird kollektivi hamı bir yerdə 2-ci bir ev ayaqqabısı gətirsin, burada dəyişik geyək. Biz bunu tətbiq elədik və gördük ki, yaxşı nəticə verir. Valideynlər də narazı olmadılar", - deyə məktəbin direktoru Ruqiyyə Abdurrəhimova bildirib. Məktəb direktorunun sözlərinə görə, belə qaydalar öz effektini verir.

Milli.Az

Длительность: 1:48 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео