30 vaqon alınacaq: geniş salon, Wi-Fi, rahat yataqlar, restoran

427 Просмотров

Добавлено: 16.02.2016
Категории: Разное
Тэги: vaqon , WI-FI , Restoran

Azərbaycan 30 ədəd lüks sərnişin vaqonu alıb. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu vaqonlar ilk olaraq Bakı-Tiflis-Qars xəttində sərnişinlərin ixtiyarına veriləcək. Sürətli internet, yüksək xidmət və restoranla təhciz olunan bu vaqonların digər bir çox üstünlükləri də var. Geniş salon, Wi-Fi, rahat yataqlar, restoran... 10, 20, 30 nəfərlik yerlər... Yüksək xidməti ilə fərqlənən bu vaqonlar Bakıdan Türkiyəyə yola düşən sərinişn qatarında olacaq. Bakı-Tiflis-Qars dəmir yolu işə düşənə kimi ölkəyə 30 ədəd belə lüks yataq tipli sərnişin vaqonu gətiriləcək. Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyətə keçən kimi qalan 20 vaqon da ölkəmizdə olacaq. Bu vaqonlar bir sıra üstünlüklərinə görə fərqlənəcək. Bundan əlavə vaqonların avropa standartına keçmə qabiliyyəti var. Bizdə yollar enli avropada isə əksinə dar olduğundan təkər cütləri sərnişin vaqondan düşmədən yolu özü tənzimləyəcək. Azərbaycan tərəfdən işlər 2016-cı ildə tamamlansa da Türkiyə tərəfində proses davam etdiyindən Bakı-Tiflis-Qars dəmir yolunun 2017-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. bakıdan istanbula qədər gedəcək qatarda gediş haqqı isə azərbaycan gürcüstan və rusiyanın tarif şuraları tərəfindən razılaşdırılacaq. Milli.Az