"Xəstə" bananı necə ayırd etmək olar?

Satışdan 346 kiloqram banan çıxarılıb.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, buna səbəb onların istifadəyə yararsız olmasıdır. Bir müddət öncə sosial şəbəkələrdə içərisində qırmızı rəngli ləkələrlə gündəmə gələn bananla bağlı indi hər kəsi bir məsələ düşündürür. Sağlam bananı necə müəyyən etmək olar? "Xəzər Xəbər" bu suala cavab axtarıb.

Təkcə fevral ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarət Xidməti satışdan 346 kiloqram banan çıxarıb. Buna səbəb bu bananların istifadəyə yararsız olmasıdır.

Bir müddət öncə sosial şəbəkələrdə içərisində qan ləkələri olan banan görüntüsünün yayılması insanlar arasında bu meyvənin təhlükəli olması barədə rəy formalaşdırıb. Vətəndaşlar özlərinin bildikləri yollarla sağlam bananı müəyyən etməyə çalışırlar.

Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev vətəndaşların diqqətli olsalar zərərli bananları asanlıqla ayırd edə biləcəklərini deyir.

Mütəxəssislər tövsiyyə edir ki, sağlam bananın tanımaq üçün onun saplaq hissəsinə diqqət etmək lazımdır. Əgər həmin hissədə qara və qırmızı ləkələr yoxdursa onda onu almaq olar və bu bananlar istifadəyə tam yararlıdır

Taleh Şəmiyev bananın içərisində qan ləkələrinə bənzər xəstəliyin insan orqanizminə təsirini də açıqlayıb...

Ümumilikdə isə Fitosanitar Nəzarət Xidməti fevral ayı ərzində satışdan 9388 kiloqram meyvə-tərəvəz məhsulu çıxarıb. Burda ən çox yeri 2377 kiloqramla alma, 3518 kiloqramla kartof, 698 kiloqramla isə soğan məhsulları tutub.

Milli.Az

Длительность: 2:08 Просмотров: 3.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: banan
Пожаловаться

Похожие видео