Ermənilər yaşayış evlərini atəşə tutdular

Ermənistan Silahlı Qüvvələri Tapqaraqoyunluda yaşayış evlərini atəşə tutdu.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri ötən gecə cəbhənin Goranboy istiqamətində atəşkəsi pozub. Cəbhə kəndi olan Tapqaraqoyunlu qarşı tərəfin bütün mövqelərindən atəşə tutulub. Düşmən yandırıcı güllələrdən istifadə etməklə, əsasən, yaşayış evlərini hədəf alıb.

Açılan güllələr mənzillərin dam örtüklərinə, su çənlərinə, evlərin divarlarına, həmçinin hasarlara dəyib. Gecə saatları olduğundan kəndə dəyən ziyanı müəyyənləşdirmək mümkün olmayıb, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Milli.Az

Длительность: 1:05 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео