Aytac Vidadiqızı "Unuda bilmirəm"

Milli.Az bildirir ki, müğənni dillər əzbəri olan "Unuda bilmirəm" mahnısını yeni oranjemanda ifa edib. Müğənni bu mahnını daha çox Fatma Mehrəliyeva və Əbülfət Əliyevin ifasında dinlədiyini bildirib:

"Bu mahnı təmiz sevgidən yaranan mahnıdır. Ürəyində sevgi olmayan şəxs bu mahnını ürəkdən ifa edə bilməz. Mahnının maraqlı tarixçəsi də var. Mahnının sözlərinin müəllifi şair Novruz Gəncəlidir. O, dostu, musiqiçi Hacıbala Həsənov gilə gəlir və təsadüfən vaxtilə sevdiyi xanımla rastlaşır. Bu görüşdən sonra o, məhz "Unuda bilmirəm" mahnısının sözlərini yazır. Sözləri oxuyan Novruz Gəncəli isə ona mahnı yazır. Bu tarixçə məni daha da ilhamlandırdı. Yəni, illər keçsə də, saf sevgi ölmür. İnanıram ki, ifamda mahnımı sevən hər kəs bəyənəcək".

Milli.Az

Длительность: 6:03 Просмотров: 5.5K Добавлено: 8 лет назад
Категории: Музыка
Тэги: müğənni mahnı
Пожаловаться

Похожие видео