Ceyhunun şou-biznesdə müharibəsi

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev şou-biznesdə apardığı müharibədən danışıb. Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Tezdən oyan" verilişində qonaq olan müğənni belə bir etiraflar edib: "Əvvəllər səhnəyə çıxanda kompleksim yaranırdı. Efir həyəcanı, işıqlar, kameralar - bu asand deyil. Bu sənət çox ağır amma şərəfli peşədir. Zaman keçsədə, içimdəki səmimiyyəti itirməməyə çalışıram. Son zamanlar bəzi sənətçi həmkarlarımız tədbirlərdə az çıxış etməyi düşünür. Hətta ora bilərəkdən gecikirlər. Mənə lap irad tuturlar ki, "sən niyə vaxtında gəlirsən?". Bu mənim xarakterimdi, məsuliyyət daşıyıram. Amma üzürlü səbəblərə görə, gecikəndə "ulduzluq" xəstəliyinə tutulub" deyirlər. Bu sənətdə həmişə müharibələri sevmişəm. Bunu ilk dəfədir etiraf edirəm. Qalib də gəlirəm. O savaşlarda atdığım səhv addımı ikinci dəfə atmamağa çalışıram. Burada söhbət söz, musiqi savaşından gedir". "Etibarınızdan sui istifadə edən olub?" - sualına C.Əliyev belə cavab verdi: "O qədər olub ki. Birlikdə çalışdıqlarımın arasında etibarlı və etibarsız dostlarım da var. Amma çalışıram üzlərinə vurmayım və uzaqlaşdırım. İş vaxtı can yandıranı xoşlayıram". Milli.Az

Длительность: 4:19 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео